EN

Zelenski Davosdan sensasion mesaj verdi: Orbanı “şilləlik” adlandırdı –Avropada yeni siyasi qalmaqal

Ukrayna prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı Macarıstanın baş naziri Viktor Orbanı sərt tənqid edib və dolayısı ilə ona "şillə layiq" olduğunu eyhamla bildirib.

Musavat.com xəbər verir ki, Zelenski çıxışında ad çəkmədən "Viktorlar" ifadəsini işlədərək, bəzi siyasətçilərin Avropa maraqlarını satdığını vurğulayıb:

"Avropanın içində elə 'Viktorlar' var ki, Avropanın ümumi maraqlarını şəxsi və siyasi ambisiyalara qurban verirlər. Belələri Avropaya yox, öz maraqlarına xidmət edirlər", - deyə Zelenski bildirib.

Ukrayna liderinin bu sözlərinin birbaşa Macarıstanın baş naziri Viktor Orbanı hədəf aldığı açıq şəkildə sezilib. Zelenskinin "belələri şilləyə layiqdir" məzmunlu eyhamı zalda ciddi rezonans doğurub və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Ekspertlərin fikrincə, Zelenskinin bu çıxışı Orbanın Rusiya ilə bağlı yumşaq mövqeyi, Ukraynaya hərbi və maliyyə yardımına qarşı çıxması, eləcə də Aİ daxilində Kiyevə dəstək təşəbbüslərini bloklaması ilə bağlı artan narazılığın açıq ifadəsidir.

Qeyd edək ki, Viktor Orban son illər Ukrayna müharibəsi fonunda Avropa İttifaqının vahid mövqeyinə zidd çıxışları, Moskvaya qarşı sanksiyaların genişləndirilməsinə müqaviməti və Kiyevə ayrılan maliyyə paketlərinə veto cəhdləri ilə diqqət mərkəzində olub. Bu mövqe isə həm Brüsseldə, həm də Şərqi Avropa ölkələrində ciddi tənqid olunur.

Zelenskinin Davosdan verdiyi bu mesajın Avropa siyasətində yeni gərginlik dalğası yaradacağı və Kiyev-Budapeşt münasibətlərini daha da kəskinləşdirəcəyi istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources