Tu-22M3 uzunmənzilli raketdaşıyan bombardmançı təyyarələr Baltik dənizinin neytral suları üzərində planlaşdırılmış uçuş həyata keçirib.
Herbiand.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, uçuş 5 saatdan çox davam edib.
Məlumata görə, uçuşun müəyyən mərhələlərində bombardmançı təyyarələri xarici ölkələrin qırıcıları müşayiət edib. Bununla belə, Su-35S və Su-30SM qırıcıları Tu-22M3-ü mühafizə edib.
Rəsmi məlumatlara görə, Rusiya Aerokosmik Qüvvələrinin ixtiyarında 100-ə qədər bu təyyarədən var.
Bəxtiyar CƏFƏRLİ