EN

Fransina Armenqol Sosias Bakıda Zəfər parkını ziyarət etdi (FOTO)

Bakı. Trend:

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina ArmenqolSosias yanvarın 23-də Bakıda Zəfər parkını ziyarət edib.

Trend xəbərverir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsidüzülmüşdü.

İspaniya Krallığı Deputatlar Konqresinin sədri parkdakı Zəfərabidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyimisilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərinyaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflıməlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olanparkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimihündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfərtağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-dəAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım MehribanƏliyevanın iştirakı ilə olub.

Fransina
Fransina
Fransina
Fransina
Fransina
Fransina
Fransina
Fransina
Fransina
Məqalədə:
Chosen
136
7
az.trend.az

10Sources