EN

Xırdalanda şirkətdə fəhlənin ölməsi faktı araşdırılır

Abşeron rayonunda fəhlənin iş zaman ölməsi faktı ilə bağlı araşdırma aparılır.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, yanvarın 23-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədovun yükqaldırıcı mexanizmin altında qalması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
39
20
apa.az

10Sources