EN

Almatıda yaşayan 98 yaşlı Qərbi azərbaycanlı doğma kəndinin xatirəsini yaşadır

Bakı, 23 yanvar, AZƏRTAC

Qırx il əvvəl Qərbi Azərbaycandan - Amasiya rayonunun Quzu kəndindən köçən 98 yaşlı azərbaycanlı Qara Yəhyayev Qazaxıstanın Almatı şəhərində yaşayır və doğma kəndinin xatirəsini yaşadır.

AZƏRTAC xəbər verir ki, 98 yaşlı usta boş vaxtlarında öz emalatxanasında müxtəlif əşyaların təmiri məşğul olur. O, hələ də alətlərlə məharətlə işləyir - bu, bütün həyatıboyu qoruduğu bacarıqdır. Bundan əlavə, Qara Yəhyayev şeir də yazır.

Müsahibimiz onilliklər keçməsinə baxmayaraq, cavanlığında Şuşada hərbi xidmət etdiyi illəri də aydın xatırlayır. “Şuşa həmişəlik qəlbimdə qaldı. Mən bu şəhəri yaxşı xatırlayıram, 1950-ci ildə orada foto çəkdirmişəm, 76 ildir onu saxlayıram”, - deyə o bildirib.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Chosen
60
1
azertag.az

2Sources