EN

Mənzildə kirayəçinin meyiti tapıldı

Nərimanov rayonunun Məmməd Arif küçəsindəki mənzillərdən birində kişi meyiti tapılıb.

"Yeni Sabah" xəbər verir ki, həmin ünvanda Ağdaş rayonunda daimi qeydiyyatda olan 1965-ci il təvəllüdlü Pənah Qarayev kirayə qalırmış.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

 


Telegram kanalımız
Chosen
33
5
yenisabah.az

6Sources