Aktual.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, hazırda Suriyada təxminən 1000 ABŞ əsgəri var, onların əksəriyyəti şimal-şərqdə, bəziləri isə cənubdadır:
"Suriyada amerikalılar kürd qüvvələri (SDQ) ilə əməkdaşlıq ediblər. Onlar SDQ ilə birgə patrul və əməliyyatlar həyata keçiriblər. Əslində, ABŞ-ın Suriyadakı bütün səyləri İŞİD-in dirçəlişinin qarşısını almağa yönəlib. Lakin indi Suriya ordusu kürd milislərinə qarşı hücum aparır və onları bir çox obyektdən sıxışdırmağı bacarıb. ABŞ-a görə əsas müttəfiqlərinin faktiki olaraq məğlub edilməsindən sonra ordusunun orada qalması məntiqli deyil”.
Qeyd edək ki, Amerika qoşunları 2014-cü ildən bəri Suriyadadır.