EN

Röyadan 2026-cı ilin ilk akustik layihəsi

Yazını böyüt
Yazını kiçilt

“Aldatma” bu dəfə yalnız musiqi və hisslərlə danışır

Xalq artisti Röya Ayxan 2026-cı ilin ilk akustik layihəsini dinləyicilərə təqdim edib. Sənətçi illər əvvəl sevilərək dinlənilən “Aldatma” mahnısını bu dəfə akustik janrda, Türkiyədə yerləşən səsyazma studiyasında canlı orkestrin müşayiəti ilə ifa edib.

Hafta.az xəbər verir ki, musiqi rəhbəri Sezgin Tellaloğlu olan orkestrin müşayiəti ilə ərsəyə gələn layihə sadəliyi və emosional dərinliyi ilə seçilir.

Mahnının söz və musiqisi Lalə Məmmədovaya aiddir.

Akustik video Kemal Başbuğun rejissorluğu ilə çəkilib, operator işi isə Sezgin Denkçiyə məxsusdur.

“Aldatma” bu dəfə səhnə effektsiz, səs-küysüz - yalnız musiqi və hisslərlə danışır.

Ayəndə Dadaşova

Chosen
74
hafta.az

1Sources