EN

Könüllü təhvil: Qarabağdan 10 erməni və 1 rus Ermənistana keçdi

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Qarabağda yaşayan 10 ermənini və 1 etnik rusu Ermənistana təhvil verib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib.

Arsen Torosyanın sözlərinə görə, həmin şəxslər Azərbaycanın və Ermənistanın aidiyyəti strukturlarına müraciət edərək, köçürülmələrini xahiş ediblər. Onlar bu müraciətlər əsasında Ermənistana gətiriliblər.

APA-nın əldə etdiyi məlumata görə, Qarabağda yaşayan ermənilərin özlərinin yazılı müraciətləri və istəklərinə uyğun olaraq Ermənistan tərəfə keçməsinə şərait yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
85
12
sherg.az

10Sources