EN

Gürcüstanın Azərbaycandan içki və tütün idxalına çəkdiyi xərc 42 % artıb

Ötən il Gürcüstan Azərbaycandan 47,4 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 42 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana analoji məhsullar tədarük edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 337 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 8 % çoxdur.

Hesabat dövründə Gürcüstan Litvadan 45,4 milyon ABŞ dolları, Türkiyədən 29,4 milyon ABŞ dolları, Ermənistandan 27,4 milyon ABŞ dolları, Ukraynadan 23 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 310 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 33 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

"Cebheinfo.az"

Chosen
75
2
cebheinfo.az

4Sources