EN

Yeraltı xəzinələrin məbədi, daşların sirli dünyasından FOTOREPORTAJ

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanın zəngin faydalı qazıntılarının nümayiş olunduğu Bakı Dövlət Universitetinin (BDU) Faydalı qazıntılar muzeyi 1943-cü ildə fəaliyyətə başlayıb.

Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, muzey akademik Mirəli Qaşqay və professor Əziz Əsgərovun təşəbbüsləri ilə yaradılıb.

Muzeyin başlıca vəzifəsi ölkəmizdə indiyədək kəşf edilmiş yataqlardan əyani, elmi və mineraloji material toplamaq, elmi bilikləri təbliğ etmək və Azərbaycan geologiya elminin nailiyyətlərini geniş yaymaqdır.

Tələbələrin geologiya ixtisasına dərindən yiyələnmələri üçün Faydalı qazıntılar muzeyində mineralogiya, petroqrafiya, faydalı qazıntılar üzrə zəngin kolleksiya toplanıb.

Orijinal tematik strukturu olan muzeydə tələbələrin geologiya və geologiya və geofizika mühəndisliyi, mədən mühəndisliyi ixtisaslarını hərtərəfli mənimsəmələri üçün mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər fənlər üzrə zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir.

Bu ekspozisiyalar Göygöl, Qazax, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir filiz rayonlarını təmsil edir, xüsusilə Naxçıvan Muxtar Respublikasının ərazisində olan faydalı qazıntı yataqlarından götürülmüş nümunələr öz əksini tapır. Muzeydə 1997-ci ildən akademik Musa Əliyev adına kabinet fəaliyyət göstərir.

Kabinet alimin şəxsi kitabları hesabına zəngin kitabxana fonduna çevrilib. 2025-ci ildə muzey bp və şirkətin Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının (SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies) dəstəyi ilə əsaslı təmir olunaraq yenidən qurulub, elektronlaşdırılıb və əlavə eksponatlarla zənginləşdirilib.

Faydalı qazıntılar muzeyi elm-tədris-sənaye əməkdaşlığının ən gözəl nümunəsidir. Məkan kitabxana-muzey-tədris laboratoriyası kimi fəaliyyət göstərməklə BDU-da tədris prosesinin keyfiyyətinə öz müsbət təsirini göstərir.

Bakı Dövlət Universitetinin Faydalı qazıntılar muzeyindən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
oxu.az

1Sources