Baş nazir qeyd edib ki, əvvəlcə Sülh Şurasının yaranma səbəblərini düzgün anlamaq lazımdır: "Bu qurum Yaxın Şərq və Qəzza üzrə idarəetmə aləti kimi formalaşıb. Bu, olduqca vacib məqamdır". Starmerin sözlərinə görə, hazırda Qəzzada atəşkəs əldə olunub və proses növbəti mərhələyə keçməlidir. "Mən Yaxın Şərq üçün mühüm olan bu yolda bizə kömək edəcək strukturların mövcudluğunu dəstəkləyirəm", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31