EN

“Ukrayna ordusu vahid Avropa qüvvələrinin əsasını təşkil edə bilər” - Zelenski

“Avropanın birləşmiş qüvvələrinin əsasını real döyüş təcrübəsi olan Ukrayna ordusu təşkil edə bilər, lakin hazırda bu, müharibə, hüquqi və maliyyə məhdudiyyətləri ilə əngəllənir”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsi zamanı deyib.

“Düzünü desəm, hamı başa düşür ki, bizim bu gün ən böyük və əsl müharibə təcrübəsi olan ordumuz var. Və buna görə də Avropanın birləşmiş qüvvələrinin əsasını Ukrayna ordusu təşkil edə bilər”, - deyə siyasətçi vurğulayıb.

Zelenski bildirib ki, bu ideyanın həyata keçirilməsi vaxt və bir sıra qərarlar tələb edir.

O, Ukraynanın müharibə bitdikdən sonra belə bir quruma qoşulmağa hazır olduğunu bəyan edib:

"Müharibə bitən kimi biz mütləq bu quruma qoşulacağıq", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
44
missiya.az

1Sources