Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Vüqar Məmmədov 1990-cı il yanvarın 23-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılıb və oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.
Vüqar Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!