EN

Tramp Davosdakı YALANLARI

Ajans.az xəbər verir ki, BBC Trampın bəyanatlarını faktlarla yoxlayaraq bir neçə əsas məqamı təkzib edib. ABŞ İkinci Dünya Müharibəsindən sonra Qrenlandiyanı Danimarkaya “qaytarıbmı”? Qrenlandiya heç vaxt ABŞ-ın tərkibində olmayıb və buna görə də Vaşinqtonun onu “qaytarması” mümkün olmayıb.
1941-ci ildə Danimarka nasist Almaniyası tərəfindən işğal edildikdən sonra ABŞ və Danimarka arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, ABŞ nasistlərin adanı ələ keçirməsinin qarşısını almaq üçün Qrenlandiyanın müdafiəsini üzərinə götürüb. Bu çərçivədə adada ABŞ hərbi bazaları qurulub, lakin suverenliyin ötürülməsi heç vaxt nəzərdə tutulmayıb. ABŞ NATO-nun müdafiə xərclərinin “demək olar ki, 100%-ni” ödəyirmi? Tramp Davosdakı çıxışında ABŞ-ın NATO büdcəsinin demək olar ki, hamısını maliyyələşdirdiyini və alyans üzvlərinin uzun müddət 2% öhdəliyini yerinə yetirmədiyini iddia edib. BBC qeyd edir ki, bu iddialar doğru deyil. Son illərdə ABŞ-ın müdafiə xərcləri NATO-nun ümumi xərclərinin təxminən 70%-ni təşkil edib.
2024-cü ildə bu göstərici 65%-ə, 2025-ci il üçün isə təxminən 62%-ə enib. Qeyd olunur ki, NATO üzvləri ilk dəfə olaraq ÜDM-in ən azı 2%-ni müdafiəyə yönəltməyə başlayıblar. ABŞ NATO-dan heç vaxt dəstək almayıbmı? BBC xatırladır ki, NATO tarixində 5-ci maddə yalnız bir dəfə – ABŞ üçün tətbiq edilib.
11 sentyabr 2001-ci il terror aktlarından sonra alyans ölkələri Əfqanıstandakı əməliyyatlar üçün qoşun və texnika təmin edib. Danimarka da daxil olmaqla bir sıra müttəfiqlər ABŞ-la yanaşı ciddi itkilər verib.
Çində külək elektrik stansiyaları yoxdurmu? Bu iddia da faktlara uyğun deyil. Dünyanın ən böyük külək elektrik stansiyalarından biri Çinin Qansu əyalətində yerləşir və hətta kosmosdan görünür. Our World in Data platformasına görə, Çin dünyanın ən böyük külək enerjisi istehsalçısıdır. Tramp ABŞ iqtisadiyyatına 18 trilyon dollar investisiya cəlb edibmi? Ağ Evin investisiyaları izləyən rəsmi saytında yer alan ən son məlumatlar (ötən ilin noyabrına aid) göstərir ki, Trampın Ağ Evə qayıdışından sonra cəlb edilən investisiyaların ümumi həcmi 9,6 trilyon dollar təşkil edib. Bu rəqəm Trampın səsləndirdiyi 18 trilyon dollarlıq göstəricidən xeyli azdır.

 

Chosen
151
Ajans.az

1Sources