EN

Keçən il Türkiyədən Fransaya dəri məhsulları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya dəri məhsulları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq, 76 milyon 163 min 45 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Fransaya dəri məhsulları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq, 5 milyon 123 min 42 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 100 milyon 440 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 1 milyard 445 milyon 58 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Chosen
19
16
turkic.world

10Sources