EN

Türkiyə millisinin üzvü qəzada ölüb: Azərbaycan vətəndaşı SAXLANILIB

Ajans.az Demirören Xəbər Agentliyinə (DHA) istinadən xəbər verir ki, park edilmiş yük maşınına çırpılan motosikletin sürücüsü Umut Can Turan qəza nəticəsində həyatını itirib. Motosikletçi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, Umut Can Turan Türkiyə milli badminton komandasının keçmiş üzvü olub və son vaxtlar kuryer kimi çalışıb. Məlumata əsasən, mərhumun motosikletinin çırpıldığı yük maşınının sürücüsü, Azərbaycan vətəndaşı Nadir S. hadisə ilə bağlı saxlanılıb.

 

Chosen
137
1
Ajans.az

2Sources