Türkiyədə tanınmış şəxslərə qarşı narkotik araşdırması çərçivəsində daha 20 nəfərin narkotik testi yekunlaşıb.
APA "Sözcü"yə istinadən xəbər verir ki, cinayət işi ilə bağlı 14 nəfərin testi pozitiv, 6 nəfərin isə neqativ çıxıb.
Qeyd edək ki, testi pozitiv çıxanlar içərisində “Qızılcıq şərbəti” serialının baş rol ifaçısı Doğukan Güngör də yer alıb.