EN

Azərbaycandakı dini konfessiyaların rəhbərləri İlham ƏIiyevi təbrik ediblər

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyevi Beynəlxalq "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə təbrik ediblər.

Publika.az xəbər verir ki, təbrikdə vurğulanıb ki, Azərbaycanın nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur.

"Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasi lideri olaraq Sizin bu istiqamətdə fəaliyyətiniz ən xoş sözlərə, ən yüksək mükafatlara layiqdir. Dünyanın sülh gündəmində ön sırada olmağı – Sülh Şurasında təsisçi qismində iştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərli fəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Sizi belə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək bizi qürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olan dindarlarda rəğbət və fəxarət doğurur. Əminik ki, bu tarixi addımınız qlobal sülh, bəşəriyyəti narahat edən təhdid və təhlükələrin aradan qaldırılması işində böyük rol oynayacaq" - təbrikdə vurğulanıb.

Chosen
115
5
publika.az

10Sources