Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) qatılan ABŞ prezidenti Donald Tramp Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, Tramp İranla bağlı açıqlamasında böyük bir gəmi donanmasının İrana doğru getdiyini bildirib.
ABŞ prezidenti dedi: "İrana doğru irəliləyən böyük bir qüvvəmiz var. Heç bir şeyin baş verməsini istəmirəm. Amma biz onları diqqətlə izləyirik".
Donald Tramp həmçinin bildirib ki, "Bizim böyük bir armadamız var. Böyük bir armada İrana doğru irəliləyir. Bəlkə də ondan istifadə etmək məcburiyyətində qalmayacağıq. Görəcəyik".
ABŞ prezidenti İranla işgüzar münasibətlər quran ölkələrə 25 faizlik tarif tətbiq etmək qərarını təkrarlayaraq, "Bu, tezliklə qüvvəyə minəcək" dedi.
İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayı ilə bağlı suala cavab olaraq Tramp dəqiq rəqəmin heç kimin bilmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az