EN

Yeni lüğətimizdə nə qədər söz olacaq?

Bakı.Trend:

Cənab Prezidentin həm Elmlər Akademiyasının yubileyindəkiçıxışında, həm də yerli televiziyalara verdiyi müsahibələrdən sonradilə münasibət baxımından inqilabi dəyişikliklər baş verib.

Bu fikirləri Trend-ə açıqlamasında Əməkdar elm xadimi, akademikNizami Cəfərov bildirib.

O, qeyd edib ki, dilçilərimiz çalışırlar ki, deyilən tövsiyələriyerinə yetirsinlər.

“Orfoqrafiya lüğətinə həqiqətən də ehtiyacımız var. İndiəlimizdə xeyli material var ki, daha münasib orfoqrafiya lüğətihazırlaya bilək. Yeni orfoqrafiya lüğətinin hazırlanmasında həm dəsüni intellekt texnologiyasında istifadə edilir. Çünki dilin lüğətkorpusu bütünlüklə hesablanmalıdır. Azərbaycan dilində nə qədər sözvarsa, onları bir yerdə toplaya bilsək, təxminən yarım milyonadəksöz edəcək. Yarım milyon sözün orfoqrafiya lüğətində yüz minəqədəri əksini tapsa yaxşı olar”.

Akademik vurğulayıb ki, əslində, əsas məsələ orfoqrafiyalüğətinin tərtib edilməsi deyil, orfoqrafiya qaydalarının normalolmasıdır.

“Orfoqrafiya qaydalarındakı bəzi problemlər həll olunubdəqiqləşəcəksə, lüğəti istənilən ziyalı, dillə bağlı qurum tərtibedə bilər”.

Dilçi alim həmçinin qeyd edib ki, terminologiya sahəsində ciddiproblemlərimizin olduğunu düşünmür.

“Azərbaycanda terminologiya ilə məşğul olan yaxşımütəxəssislərimiz var. Hər bir terminologiyanı həmin sahəninmütəxəssisləri hazırlayır”, -deyə o əlavə edib.

Chosen
68
4
az.trend.az

5Sources