EN

Şəfa dan inamlı qələbə

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün 1-ci Liqanın lideri "Şəfa" qış hazırlığı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Fanat.Az-ın məlumatına görə, 33 yaşlı mütəxəssis Elgiz Kərəmlinin çalışdırdığı kollektiv Binə qəsəbə stadionunda digər 1-ci Liqa komandası MOİK ilə üz-üzə gəlib.

Qarşılaşma "Şəfa"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara İbrahim Əliyev və Elvin İsmayılov imza atıblar.

Xatırladaq ki, Bakı təmsilçisi daha öncə Premyer Liqada mübarizə aparan "İmişli" ilə sınaq matçına çıxmış və 1:0 hesablı qələbə qazanmışdı. Kərəmlinin komandası yanvarın 28-də "Difai", 29-da isə "Şimal"la yoxlama oyunu keçirəcək.

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
1
fanat.az

2Sources