EN

İran 800 nəfərin edam edilməsi planı ilə bağlı iddiaları təkzib edib

İranın baş prokuroru Məhəmməd Müvəhhidi ABŞ Prezidenti Donald Trampın iddialarını təkzib edib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə hakimiyyəti ilə əlaqəli olan Mizan Xəbər Agentliyi məlumat yayıb.

"Trampın ölkədə 800 nəfərin edamı planı ilə bağlı iddiaları tamamilə əsassızdır. Bu məsələ ilə bağlı nə bir rəqəm, nə də məhkəmə hakimiyyəti tərəfindən verilən bir qərar yoxdur",-məlumatda qeyd olunub.

Bildirək ki, ABŞ lideri 16 yanvarda sosial mediada hesabında verdiyi açıqlamada İran hökumətinin 800-dən çox edamı ləğv etdiyinə işarə edərək bu ifadələri işlədib: "Planlaşdırılan bütün edamların (800-dən çox) İran hökuməti tərəfindən ləğv edilməsinə böyük hörmətim var. Təşəkkür edirəm".İlahə Qənbərli

Missiya.Az

Chosen
34
missiya.az

1Sources