EN

Naxçıvanda ötən il qida obyektlərində 127 yoxlama aparılıb - Əksəriyyətində pozuntular aşkarlanıb

Naxçıvan, 23 yanvar, AZƏRTAC

Ötən il muxtar respublika ərazisində Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 127 yoxlama həyata keçirilib və əksər qida obyektində pozuntular aşkarlanıb.

Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yoxlamaların 59-u ictimai iaşə müəssisələrində, 24-ü topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 39-u isə emal müəssisələrində aparılıb. Ən çox pozuntular emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alınıb, bu səbəbdən qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb. Planlı və plandankənar yoxlamalar zamanı 105 qida obyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbehvermə qərarı qəbul edilib.

2025-ci ildə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan nöqsanların olduğu 8 qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyektlər yenidən fəaliyyətə başlayıb. Restoran və kafelərdə aparılan yoxlamalar üzrə 59 ictimai iaşə müəssisəsində yol verilən pozuntular əsasən sanitar-gigiyenik norma və qaydalara əməl olunmamasından irəli gəlib.

Chosen
149
2
azertag.az

3Sources