EN

“Red Bull” Maks Verstappenin 2026-cı il mövsümü üçün şlemini təqdim edib - FOTOLAR

“Red Bull” komandası 2026-cı il Formula-1 mövsümü üçün Maks Verstappenin istifadə edəcəyi şlemin fotolarını ictimaiyyətə təqdim edib.

90deqiqe.Az xəbər verir ki, dördqat dünya çempionunun yeni dizaynında əsas simvol kimi şir təsvirinə yer verilib.

Qeyd olunur ki, şir son illərdə niderlandlı pilotun əsas rəmzinə çevrilib və onun rəsmi merch brendində də istifadə olunur.

Şlemin sol hissəsində Verstappenin titul sponsoru ilə yanaşı, “Red Bull”un 2026-cı ildən əməkdaşlıq etdiyi “Ford” şirkətinin loqosu da yer alıb. ABŞ istehsalçısı yeni reqlamentlər çərçivəsində komanda üçün güc qurğularının hazırlanmasına cavabdeh olacaq.

Bu arada, hazırda Maranelloda “Ferrari” komandasının təqdimatı keçirilir. SF-26 bolidi artıq trasda ilk çıxışını edib.

Chosen
12
90deqiqe.az

1Sources