İlon Mask siyasətə QAYIDIR
Ajans.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ vitse-prezidenti J.D. Vance də daxil olmaqla Respublikaçılar Partiyasının nümayəndələri Maskdan Nümayəndələr Palatası və Senatda bəzi yerlərini qorumaq uğrunda mübarizə aparan respublikaçıları dəstəkləməsini istəyiblər. WSJ mənbələri bildirir ki, milyarder 2024-cü ildə ABŞ-ın hazırkı prezidenti Donald Trampın prezidentlik kampaniyasını dəstəkləmək üçün qurduğu America PAC təşkilatı vasitəsilə Respublikaçıların seçki kampaniyalarını maliyyələşdirməyi düşünür. Nəşr vurğulayır ki, bu addım Maskın əsasən biznes fəaliyyətinə fokuslandığı dövrdən sonra siyasətə geri dönüşünü göstərə bilər. Qeyd olunur ki, ABŞ Konqresinin hər iki palatası üçün ara seçkilər 3 noyabr 2026-cı il keçiriləcək.