EN

“Bu gün Ukraynaya bütün dəstəyi Avropa verir” - Fransa XİN rəhbəri

“Bu gün Ukraynaya demək olar ki, bütün dəstəyi Avropa verir. O cümlədən təhlükəsizlik zəmanətləri və danışıqlar üçün müharibədən çıxışla bağlı yekun paketi formalaşdıranlar avropalılardır”.

Missiya.Az xəbər verir ki,bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropanın hərəkətdəki qətiyyətsizliyi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.

“Qeyd edirəm ki, Avropa, xüsusən də gömrük tarifləri və Danimarkanın ərazi bütövlüyü məsələsində böyük qətiyyətlə cavab verdi. Həmçinin qeyd edirəm ki, bu gün Ukraynaya demək olar ki, bütün dəstəyi verən Avropa İttifaqı (Aİ) və Avropadır”, - deyə siyasətçi vurğulayıb.

Barro həmçinin əlavə edib ki, son iki ay ərzində Avropa ABŞ və Ukrayna arasında danışıqların mərkəzində olub.

Daşqın HəsənovMissiya.Az

Chosen
73
missiya.az

1Sources