EN

Donald Trampın əli niyə göyərib?

ABŞ Prezidenti Donald Tramp, qolundakı göyərmənin masaya dəydikdən və aspirin qəbul etdikdən sonra yarandığını bildirib.

Editor.az xəbər verir ki, Tramp bunu 22 yanvarda Air Force One təyyarəsində jurnalistlərə bildirib. “Yaxşıyam. Masaya dəydim. Ona görə də bir az krem çəkdim… Kremin adı nədir? Ürəyinizə dəyər verirsinizsə, aspirin qəbul edin. Amma kiçik bir göyərmə istəmirsinizsə, aspirin qəbul etməyin”, – deyə ABŞ Prezidenti cavab verib.

Tramp əlavə edib ki, o, “çoxlu aspirin qəbul edir. Həkimsə dedi ki, qəbul etməyə ehtiyac yoxdur, çox sağlamsınız”. Mən dedim ki, risk etmək istəmirəm. Beləliklə, bu, aspirin qəbulunun yan təsirlərindən biridir”, – deyə Ağ Ev rəhbəri yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Chosen
162
editor.az

1Sources