Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı ölən şəxslərin kimliyi məlum olub.
Pravda.az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus üçmərtəbəli evdə baş verib.
Nəticədə ərazidən ev sahibinin qayınatası, 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı, 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb.
Tarix: 23 Yanvar 2026, 18:23