EN

Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlindən alındı, özü isə 15 sutka həbs olundu VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlər Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Chevrolet" markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü E.Aşurəliyevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Oxunub 404

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
61
21
avtosfer.az

10Sources