EN

Hitlerin çəkdiyi şəkillər hərracda satıldı - FOTO

Yazını böyüt
Yazını kiçilt

Britaniyanın "Hutchinson Scott" auksion evi Adolf Hitlerin iki akvarel rəsmini satışa çıxarıb.

Hafta.az "Le Parisien" nəşrinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, rəsm çəkməyə maraq göstərən nasist lider bu əsərləri 1909–1910-cu illərdə yaradıb. Akvarellərdən birində tüstü bacası olan ikimərtəbəli ev, digərində isə Avstriya kəndlərindən birində yerləşən, günbəzli kilsə qülləsi təsvir olunub.

Hər iki əsər ümumilikdə 5750 avroya satılıb. Hərrac zamanı, həmçinin Adolf Hitlerin yağlı boya əsərləri, akvarelləri və qrafik işlərinin yer aldığı “Hitler - rəssam və qrafik ustası” adlı kataloq da alıcı tapıb. Kataloq 120 avroya satılıb.

Chosen
88
1
hafta.az

10Sources