EN

Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Salyan rayonu ərazisində avtoxuliqanlıq edən sürücü müəyyənləşib.

Avtosfer.az-ın məlumatıba görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Nərmin

Oxunub 54

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
17
avtosfer.az

10Sources