Suriya hökumət qüvvələri Rakkadan şimalda yerləşən “Əl-Aktan” həbsxanasına nəzarəti təmin edib.
NOCOMMENT.az xəbər verir ki, əvvəlcə Dəməşq ilə kürd üsyançıları arasında əldə edilmiş razılaşmaya əsasən, kürd bölmələri ərazini tərk edib. Həbsxana Suriya Daxili İşlər Nazirliyinə verilib və nazirlik əməkdaşları burada saxlanılan şəxslərlə bağlı istintaq materiallarını araşdırmağa başlayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, “Əl-Aktan” həbsxanasında təxminən 2 min məhbus var, onların arasında İŞİD döyüşçülərinin sayı isə açıqlanmır. Eyni zamanda, 800 kürd döyüşçüsünə “Suriya Demokratik Qüvvələri”ndən (SDF) Kobani istiqamətinə geri çəkilməyə icazə verilib.
SDF bildirir ki, ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə onların bölmələri həbsxana ərazisindən tam çıxarılıb.