EN

Mikayıl Cabbarov Davosda bir sıra beynəlxalq görüşlər keçirib » AzadMedia.az


Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos, İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat, “Coca-Cola” şirkətinin, Harvard Universitetinin “Growth Lab” mərkəzinin, “Boston Consulting Group”un və “Menzies Aviation”un yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə ticarət, enerji, nəqliyyat-logistika, rəqəmsal transformasiya, süni intellekt, aviasiya və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Davos Forumu çərçivəsində SOCAR ilə İsveçrənin SİCPA SA şirkəti arasında enerji təchizatı zəncirində təhlükəsizliyin və şəffaflığın artırılmasına yönəlmiş əməkdaşlıq sənədi də imzalanıb.
Chosen
64
1
azadmedia.az

2Sources