EN

TikTok-un ABŞ bölməsi amerikalı investorların nəzarətinə keçir

Çinin texnologiya şirkəti ByteDance TikTok-un ABŞ bölməsinin bir hissəsinin ABŞ investorlarına satılması ilə bağlı müqavilə imzalayıb.

Vətəninfo.az xəbər verir ki, Bloombergin məlumatına görə, hazırda ABŞ investorları TikTok-un ABŞ-dakı nəzarət səhmlərinin 50 faizinə sahibdirlər. Mövcud razılaşmaya əsasən, ByteDance-ın indiki investorları səhmlərin 30,1 faizini, şirkətin özü isə 19,9 faiz payı saxlayacaq.

Qeyd olunur ki, amerikalı nümayəndələrin iştirakı platformada məzmunun moderasiyasına nəzarəti gücləndirəcək və ABŞ istifadəçilərinin məlumatlarının qorunmasını təmin edəcək.

Məlumata görə, TikTok-un ABŞ bölməsi üçün yaradılacaq yeni direktorlar şurası yeddi nəfərdən ibarət olacaq və onların əksəriyyəti ABŞ vətəndaşları olacaq.

Bununla yanaşı, ByteDance TikTok-un ABŞ-dakı reklam fəaliyyəti və elektron ticarət platforması olan TikTok Shop üzərində nəzarəti özündə saxlayacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Trampın TikTok-la bağlı sövdələşməyə dair sərəncam imzaladığı bildirilmişdi.

VƏTƏNİNFO.AZ

Chosen
43
veteninfo.az

1Sources