EN

Trampa qarşı: Telefonsuz otaqda "qrup terapiyası"

Brüsseldə keçirilən görüş zamanı Avropa İttifaqı liderləri ABŞ ilə münasibətləri və Vaşinqtonun Qrenlandiyaya iddialarını müzakirə ediblər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Euractiv” mənbələrə istinadən yazır. 

Nəşrin məlumatına görə, müzakirələr telefonsuz bir otaqda bir neçə saat davam edib və "qrup terapiyası"na bənzəyib. İştirakçılar Qrenlandiyaya qarşı təhdidləri və transatlantik münasibətlərin kövrəkliyini müzakirə ediblər. Diplomatik mənbələrdən biri görüşü “ortaq stress əleyhinə şam yeməyi" kimi təsvir edib və gərginlik hiss olunurdu.

Mənbə əlavə edib ki, görüş "acı dad"la başa çatıB:

“Çünki nə AB liderləri, nə də diplomatlar ABŞ Prezidenti Donald Tramp və NATO arasında vəziyyəti sakitləşdirmək üçün təklif olunan razılaşma barədə tam məlumata malik deyildilər”.

Xatırladaq ki, 21 yanvarda Tramp NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı razılaşma əldə edildiyini elan edib. O qeyd edib ki, o, adanın ABŞ-a daxil olmasına qarşı çıxan səkkiz Avropa ölkəsinə tarif tətbiq etməyəcək.

Chosen
90
cebheinfo.az

1Sources