EN

Səfir: Bu iclasda iştirak etmək böyük şərəfdir

Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən hüquq parlament komissiyalarının İllik Üçüncü İclasında iştirak etmək böyük şərəfdir.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov bildirib.

“Bu il keçirilən iclasın mövzusu “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi”dir.

Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniyadan parlament nümayəndə heyətləri, həmçinin Rumıniyada akkreditə olunmuş Azərbaycan, Qazaxıstan və Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri xüsusi qonaq qismində iştirak edirlər.

Chosen
91
2
publika.az

10Sources