UFC prezidenti Dana Uayt sabiq UFC çempionu, yarımyüngül və yüngül çəki dərəcələrində titul sahibi olmuş irlandiyalı Konor Makqreqorun oktaqona qayıdışının mümkünlüyü barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, Uayt bildirib ki, Makqreqorun növbəti döyüşü iyunun 14-də Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turnirində baş tuta bilər. Bununla belə, UFC rəhbəri Konorun həmin turnirdə amerikalı döyüşçü, yüngül çəkidə sabiq titul iddiaçısı Maykl Çendlerlə qarşılaşacağı ehtimalını istisna edib.
“Makqreqor – Çendler döyüşü Ağ Evdə keçiriləcək UFC turniri üçün planlaşdırdığımız qarşılaşma deyil. Amma Konorun bu turnirdə iştirak etmək ehtimalı yüksəkdir. Bizim onunla münasibətlərimiz yaxşıdır, daim əlaqə saxlayırıq”, – deyə Dana Uayt bildirib.
Qeyd edək ki, UFC prezidentinin bu fikirlərini sosial şəbəkə X-də jurnalist Jed I. Goodman paylaşıb.