EN

Masazırda gecələr nə baş verir? Nə kamera var, nə də ki...

ain.az bildirir, Baku.ws portalına istinadən.

Abşeron rayonu, Masazır qəsəbəsində yollar bərbad vəziyyətdədir.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə qəsəbə sakinləri bildiriblər.

Qeyd edilir ki, Əliağa Vahid küçəsində, eləcə də, digər ərazilərdə yollar pis gündədir. Asfalt dağılıb, böyük yarğanlar yaranıb. Ərazidə gecə saatlarında qaranlıq olur.

İşıqlandırma yoxdur. Piyadaların hərəkəti üçün səki olmadığına görə, insanlar məcbur qalıb maşın yoluna çıxırlar.

Yollarda heç bir müşahidə kamerası, sürət həddini ölçən cihaz yoxdur. Bu səbəbdən də, gecələr burada "avtoş"lar öz məharətlərini göstərirlər. Avtobuslardan istifadə edənlər üçün də vəziyyət gərgindir. Ərazidə dayanacaqlar yoxdur. Yağış və qarlı havalarda sərnişinlər küçədə dayanırlar.

Bildirilir ki, məsələ ilə bağlı lazımı yerlərə dəfələrlə şikayət olunsa da, heç bir tədbir görülməyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
baku.ws

2Sources