EN

Nevroloqdan nazirliyə qarşı sərt ittihamlar: Oğurlanan pullar, aldadılan xəstələr… – VİDEO

Bu gün Azərbaycan səhiyyəsində 2 icraedici qurum var: Səhiyyə Nazirliyi və TƏBİB. Hər ikisinin tabeliyində onlarla mərkəz, xəstəxana, minlərlə həkim, tibb işçisi var. Əslində səhiyyə ordusu bir olmalıdır, amma uzun müddətdir həkimlər 2 orduya bölünüb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə Nazirliyi tabeliyində elmi-tədqiqat mərkəzləri, institutlar, laboratoriyalar, bəzi klinikalar, az da olsa, tibbi elmi fəaliyyətlə məşğul olan həkimlər var.

Ancaq təəssüf ki, zaman-zaman bu qurumlarla bağlı ciddi iradlar, ittihamlar səsləndirlir. Ən çox şikayətlərin olduğu Elmi-Tədqiqat Kardiologiya İnstitutu idi. İndi isə bu siyahıya Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu da qoşulub.

Mərkəzdə çalışmış, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, nevroloq həkim Mərziyyə Məmmədova üzləşdikləri haqsızlıq, hüquqlarının pozulması və məhkəmələrdə həkimlərin üzləşdiyi problemlərdən danışıb.

O, “Bakupost” TV-də yayımlanan “Həkim postu” verilişində 22 ildir çalışdığı Elmi-Tədqiqat Tibbi Bərpa Mərkəzindən necə çıxarıldığından, adına yazılan stat və maaşların mənimsənilməsindən də söz açıb:

Chosen
18
nocomment.az

1Sources