Bakı. Trend:
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətininDera İsmayıl Xan bölgəsində terrorçu-kamikadzenin həyata keçirdiyipartlayış nəticəsində ən azı beş nəfər həyatını itirib, 10 nəfərisə xəsarət alıb.
Trend xəbər verir ki, bubarədə “The Express Tribune” nəşri yerli hakimiyyət strukturlarınaistinadla məlumat yayıb.
Bildirilir ki, hadisə yerli icma rəhbərlərindən birinin evindətəşkil olunan toy mərasimi zamanı baş verib. Terrorçu partlayıcıqurğunu mərasim zamanı işə salıb.
Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.