EN

Fransanın xarici işlər naziri Avropanın strateji muxtariyyətini qorumağa çağırıb

Paris, 24 yanvar, AZƏRTAC

Fransanın xarici işlər naziri Jan-Noel Barro dünyada artan qütbləşmə fonunda Avropanın strateji muxtariyyətinin gücləndirilməsinə çağırıb. Nazir bu mövqeyini sosial şəbəkələrdə yayımlanan çıxışında ifadə edib.

AZƏRTAC xəbər verir ki, X platformasında paylaşılan videoçarxda Fransa diplomatiyasının rəhbəri ABŞ-Çin gərginliyinin qarşıdakı dövrün əsas geosiyasi çağırışı olacağını və bu rəqabətin digər regionlara birbaşa təsir göstərəcəyini bildirir. Onun sözlərinə görə, bu qarşıdurma Avropa ölkələrini tərəf seçməyə məcbur edə bilər.

“Dünya qütbləşir. Fransa və Avropa bunu qəbul etmir”, – deyə Jan-Noel Barro vurğulayıb. Qoşulmama xəttini müdafiə edən diplomat bildirib ki, strateji muxtariyyət təcrid və ya geri çəkilmə deyil, azadlığın şərtidir.

Nazir son illərin böhranlarına da toxunub. Onun sözlərinə görə, Covid-19 pandemiyası Avropanın bir sıra əsas məhsullar üzrə asılılıqlarını üzə çıxarıb. Ukraynada müharibə isə enerji və ərzaq suverenliyi mövzularını yenidən gündəmə gətirib.

Chosen
33
2
azertag.az

3Sources