EN

ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib - Ölənlər var

BAKI, 24 yanvar. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə olunan tanınmış marşrutlar üzrə hərəkət etdiyini təsdiqləyib.

Zərbə nəticəsində iki nəfər ölüb, bir nəfər isə sağ qalıb.

Chosen
90
teleqraf.com

1Sources