EN

"Süni intellekt 5 il ərzində bütün bəşəriyyətdən daha ağıllı olacaq”

"Texnoloji inkişafın mövcud sürəti nəzərə alınarsa, süni intellektin yaxın 5 il ərzində bütün bəşəriyyətdən daha ağıllı səviyyəyə çatması mümkündür".

Milli.Az xəbər verir ki, bunu "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask deyib.

Gələcəyə nikbin yanaşdığını bildirən Mask bəşəriyyətin bolluq dövrünə doğru irəlilədiyini və tarixin ən maraqlı mərhələsində yaşadığımızı vurğulayıb.

Qocalmanın həll edilə bilən problem olduğunu deyən Mask insan ömrünün uzadılmasının mümkünlüyünü istisna etməyib.

Mask vurğulayıb ki, texnoloji irəliləyiş fonunda süni intellekt bu ilin sonuna və ya gələn ilin əvvəlində istənilən insandan daha ağıllı ola bilər:

"Böyük ehtimalla, 5 ildən sonra süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq".

O, hər kəsi gələcəyə nikbinlik və həyəcanla baxmağa çağırıb.

Milli.Az

Chosen
20
2
milli.az

3Sources