EN

Qrenlandiya, Amerika körfəzi və Panama kanalı üzərində nəzarət təmin ediləcək - Pentaqon

BAKI, 24 yanvar. TELEQRAF

ABŞ Qərb yarımkürəsində – Arktikadan Cənubi Amerikaya qədər – əsas ərazilərə çıxış və təsir imkanlarından imtina etmək niyyətində deyil. Bu barədə ABŞ Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş yeni Milli Müdafiə Strategiyasında qeyd olunub.

Teleqraf xəbər verir ki, sənəddə ABŞ hərbi qurumlarının prezidentə ölkənin mühüm coğrafi məntəqələrdə hərbi və kommersiya çıxışını təmin etmək üçün etibarlı variantlar təqdim edəcəyi vurğulanır.

Strategiyada xüsusi əhəmiyyət daşıyan bölgələr sırasında Qrenlandiya, Amerika körfəzi və Panama kanalı göstərilir.

Sənəddə bildirilib ki, Vaşinqton bu istiqamətdə tədbirlər görərək Monro doktrinasının müasir dövrdə icrasını təmin edəcək və Qərb yarımkürəsində ABŞ maraqlarının qorunmasına üstünlük verəcək.

Chosen
74
teleqraf.com

1Sources