Pentaqon ətrafındakı pizzaxanalarda çatdırılma tələbi artıb.
"Report"un xəbərinə görə, bunu "Pentagon Pizza Index"in məlumatları göstərir.
"Hazırlıq vəziyyəti ("DoughCon") 4. Gücləndirilmiş kəşfiyyat müşahidəsi", - portal bildirib.
Qeyd olunur ki, tələbat iki restoranda 50 %, digərində isə dərhal 179 % artıb.
Xatırladaq ki, Pentaqon yaxınlığında pizza tələbatının artımı daha əvvəl ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronun ələ keçirildiyini elan etdiyi 3 yanvarda müşahidə olunmuşdu.