2026-cı ildə iş vaxtı norması və istehsalat təqviminə əsasən, mart ayında xüsusi günlər səbəbindən 13 qeyri-iş günü olacaq.
Moderator.az xəbər verir ki, mart ayında qeyri-iş günlərinə 8 Mart – Beynəlxalq Qadınlar Günü, 20 – 24 mart – Novruz bayramı və 20 – 21 mart – Ramazan bayramı daxildir.
Qeyd edək ki, 8 Mart bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.
Beləliklə, şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, mart ayında ümumilikdə 17 gün iş olmayacaq.
(metbuat.az)