EN

Bu Avropa ölkəsi Trampın "Sülh Şurası" dəvətini rədd etdi

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi və quruluş sənədləri dünən imzalanan "Sülh Şurası"na qatılmayacaqlarını açıqlayıb. Sançes imtinanın əsas səbəbi kimi Fələstin rəhbərliyinin bu şurada təmsil olunmamasını göstərib.

Milli.Az xəbər verir ki, Avropa Birliyi Liderlər Zirvəsindən sonra mətbuata açıqlama verən Pedro Sançes bildirib ki, İspaniya Birləşmiş Millətlər Təşkilatına (BMT) və çoxtərəfli diplomatiyaya böyük önəm verir. O, Fələstin tərəfinin iştirak etmədiyi bir təşəbbüsdə yer almağı uyğun görmədiklərini vurğulayaraq deyib: "Dəvət üçün təşəkkür edirik, ancaq onu rədd edirik."

Bu şura, BMT Təhlükəsizlik Şurasının 17 noyabr 2025-ci il tarixli qərarı ilə dəstəklənən və Donald Tramp tərəfindən irəli sürülən "Qəzzə Münaqişəsinə Son Qoymaq üçün Hərtərəfli Plan" çərçivəsində yaradılıb.

Dünən Davosda keçirilən mərasimdə ABŞ daxil olmaqla cəmi 22 ölkə quruluş sənədinə imza atıb.

Diplomatik mənbələrdən alınan məlumata görə, yeni yaradılan struktur üç əsas orqandan ibarətdir:

Sülh Şurası 

Sülh İdarə Heyəti

Qəzzə İdarə Heyəti 

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff yanvarın 14-də 20 maddəlik Qəzzə planının ikinci mərhələsinin başladığını elan etmişdi. Şuranın əsas məqsədi beynəlxalq münaqişələrin həlli üçün BMT ilə koordinasiyalı şəkildə işləmək və Qəzzənin bərpasını idarə etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
111
2
olaylar.az

10Sources