EN

İndoneziyada torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 82 nəfər itkin düşüb

BAKI, 24 yanvar. TELEQRAF

İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 82 nəfər itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyi məlumat yayıb.

Bildirilib ki, ərazidə güclü yağışlar müşahidə olunur. Yerli rəsmilərin məlumatına görə, torpaq sürüşməsi Qərbi Bandunq bölgəsində yerləşən bir kənddə qeydə alınıb.

Chosen
46
6
teleqraf.com

7Sources