EN

Alonso üçün yeni şans

Xabi Alonsonun işsiz günləri çox qısa çəkə bilər. Yanvarın 12-də “Real”dan istefaya göndərilən məşqçinin tezliklə iş başına qayıtmaq şansı var.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem” rəhbərliyi ispaniyalı mütəxəssislə ciddi maraqlanır. İngiltərə klubunun tezliklə Tomas Frankla əməkdaşlığı dayandıracağı haqda xəbərlər səngimir. Londonluların bundan sonra məhz Alonsonu baş məşqçi təyin etmək istədikləri məlum olub.

Alonso isə yeni klubla müqavilə bağlamağa tələsmək niyyətində deyil. Məlumatda bildirilir ki, 44 yaşlı mütəxəssis karyerasını davam etdirmək üçün bir neçə mümkün variantı diqqətlə nəzərdən keçirir və uzunmüddətli ambisiyalarına cavab verəcək bir layihəyə üstünlük verməyi planlaşdırır.

Chosen
33
football-plus.az

1Sources